Avropa İttifaqı (Aİ) Suriyadan olan 25 şəxsi və 8 təşkilatı sanksiya siyahısına əlavə edib.
Aİ-dən verilən məlumata görə, başda “Captagon” şirkəti olmaqla şəxs və təşkilatların narkotik istehsalı və qaçaqmalçılıq səbəbi ilə siyahıya əlavə edildiyi bildirilir.
Suriyada rejimin liderliyi ilə narkotik ticarətinin biznes modelinə çevrildiyi vurğulanaraq, rejim daxilindəki insanların bunun sayəsində zənginləşdiyi, bu ticarətin onlar üçün gəlir mənbəyi olduğu qeyd edilir.
Açıqlamada sanksiya siyahısına əlavə olunanlar arasında Bəşər Əsədin ailəsinin üzvləri, o cümlədən onun əmisi oğlanları, rejim qüvvələrinə bağlı şəxslər, Əsəd ailəsinə və kəşfiyyata yaxın olan bəzi iş adamlarının olduğu vurğulanıb. Siyahıya “Aman” adlı özəl mühafizə və ona daxil olan şirkətlər, eləcə də onlarla əlaqəli şəxslərin də daxil edildiyi bildirilib.
Son əlavələrlə Aİ-nin Suriya ilə bağlı sanksiya siyahısındakı şəxslərin sayı 322-yə, təşkilatların sayı isə 81-ə yüksəlib. Sanksiyalara, həmçinin aktivlərin dondurulması, səyahət və maliyyə qadağaları kimi məhdudiyyətlər daxildir.