Avropa İttifaqının statistika xidmətinin nəşr etdiyi məlumatlara əsasən, Avropa İttifaqının ÜDM həcminə görə ən varlı regionu İngiltərədə mərkəzi London (325%) olmuşdur.
Reytinqin ikinci pilləsində 258% göstərici ilə Lüksemburqda Böyük Hersoqluq qərarlaşmışdır. Üçüncü pilləni isə adambaşına 207% ÜDM həcmi düşən Brüsselin paytaxt regionu tamamlamışdır.
Bununla yanaşı, reytinqə Almaniyanın Hamburq şəhəri (195%), Hollandiyanın Qroninqen (187%), Slovakiyanın paytaxtı Bratislava (184%), Stokholm (179%), İl-de-Frans regionu (175%) və Çexiya paytaxtı Praqa (173%) da daxil olmuşdur.