13 C
Baku
Sunday, November 24, 2024

Avropa İttifaqının 12 ölkəsi sərhədlərində divar hörmək qərarı verib

Yunanıstan, Avstriya, Polşa və Macarıstan da daxil olmaqla Avropa İttifaqının 12 ölkəsi sərhədində divar hörmək üçün qurumdan maliyyə yardımı istəyib.

Məlumatı oktyabrın 9-da Yunanıstan mətbuatı yayıb.

Bildirilib ki, Avropaya qaçqın axınının qarşısını almaq məqsədi ilə Aİ ölkələri çıxış yolunu sərhədin divarla hörülməsində görür. Ona görə də 12 dövlət ittifaqdan maliyyə vəsaiti tələb edir.

Avstriya, Bolqarıstan, yunan Kipri, Çex Respubilkası, Danimarka, Estoniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Polşa və Slovakiyanın daxili işlər nazirləri rəsmi Brüsselə maliyyə vəsaiti ilə bağlı məktub ünvanlayıblar: “Bu qanuni tədbir Avropa büdcəsindən əlavə və adekvat maliyyələşmənin tələblərinə cavab verməlidir. Üçüncü heç bir ölkə miqrasiya sistemimizə Əfqanıstandakı mövcud vəziyyətdən istifadə etməklə təzyiq göstərə bilməz” .

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı Komissiyası sədrinin müavini Marqarita Şoinas və ittifaqın daxili işlər komissarı Elva Yohansson Aİ ölkələrinin öz sərhədlərində divar çəkmə hüququnun olduğunu söyləyiblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər