22 C
Baku
Monday, May 27, 2024

Avropa İttifaqının Ermənistandakı səfiri postuna yeni namizəd irəli sürülüb

Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyinin rəhbəri postuna yeni namizəd irəli sürülüb.

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell tərəfindən Maraqos Vassilisin namizədliyi Aİ-nin Ermənistandakı səfiri vəzifəsinə irəli sürülüb.

Qeyd edək ki, Maraqos hazırda Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bosniya və Herseqovina, Kosovo üzrə bölməsinin rəhbəridir. O, əvvəllər həmin Baş Direktorluqda Ermənistan, Azərbaycan, Belarus və Şərq Tərəfdaşlığı üzrə bölmə rəhbəri vəzifəsində çalışıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər