Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri 7-8 mart tarixlərində Kiyevə bütün mövcud mərmilərin göndərilməsi planını müzakirə edəcəklər.
Bu barədə Belçikanın “Le Soir” qəzeti məlumat yayıb.
Stokholmda keçiriləcək qeyri-rəsmi görüşdə Aİ müdafiə nazirləri Avropa ölkələrinin anbarlarındakı bütün 155 mm-lik artilleriya mərmilərinin təcili surətdə Ukraynaya göndərilməsi və onun əvəzinə Avropa ölkələrinin orduları üçün çoxmilyardlıq hərbi sifarişlərin təcili formalaşdırılması planını müzakirə edəcəklər.
Xatırladaq ki, daha əvvəl yayılan məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq bu görüşdə iştirak etmək üçün İsveçə gedəcək. Görüşdə Ukrayna nümayəndələrinin də iştirakı gözlənilir.