14 C
Baku
Saturday, November 16, 2024

“Avropa İttifaqının sonu Sovet İttifaqı kimi ola bilər”

“Avropa İttifaqının sonu 30 ildən çox əvvəl dağılmış Sovet İttifaqı kimi ola bilər”.

Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Macarıstana kölgədən və ya Brüssel yüksəkliyindən atəş açanları narahat etməyək. Onlar sələfləri ilə eyni yerdə olacaqlar. İmperiya hücum edəndə biz burada idik, sonuncusu dağılanda da burada olacağıq” – deyə, o bildirib.

Onun sözlərinə görə, ölkə əhalisi bütün çətinliklərə mübarizə aparmağa qadirdir:

“Lazım olanda dözəcəyik və bacardıqca müqavimət göstərəcəyik. İmkanımız olanda qılıncımızı çəkirik, uzun illər zülm gələndə isə müqavimət göstəririk. Uğursuz olduğumuz zaman da qalib gəlirik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər