11 C
Baku
Monday, November 25, 2024

Avropa İttifaqının yaranma tarixi

Avropa ideyası İkinci Dünya müharibəsi bitdikdən sonra yarandı. Siyasətçilərin müzakirələri bitsə də, qəti bir addım atılmamışdı. İkinci Dünya Müharibəsinin törətdiyi qlobal dağıntılar avropalı liderləri yenidən bu mövzu ətrafında birləşməyə məcbur etdi. Aydın oldu ki, yalnız sıx əməkdaşlıq, ümumi səylər və şəriklik vasitəsilə dünyada sülhə, Avropada isə stabilliyə və rifaha zəmanət vermək olar.

İlk başlanğıcı Fransa xarici işlər naziri Robert Şuman qoymuşdur. 9 may 1950-ci ildə o Fransa və Almaniya Federativ Respublikasının ümumi kömür və polad sənayesini yaratmağı təklif etdi. Uğurlu əməkdaşlıq digər sahələrə də öz təsirini göstərdi.

1951-ci ildə Paris sazişi ilə bu ümumi sənaye birləşdirildi və bura 6 üzv dövlət daxil idi. Bu ölkələr Fransa, Almaniya, Belçika, İtaliya, Hollandiya və Lüksemburq idi.

1957-ci ildə gömrük birliyinə aid Roma sazişi imzalandı. Bu sazişi imzalayan dövlətlər arasında ticarətə mane olan əngəllər aradan qaldırıldı və sülh məqsədli nüvə proqramlarının inkişafına başlanıldı. Beləliklə, Avropa İqtisadi Birliyi və Atom enerji isə bağlı Avropa cəmiyyəti (Avroatom) meydana gəldi.

Avropa ölkələrini birləşdirmək yolundakı növbəti addım isə 1992-ci ildə imzalanmış Maastrixt müqaviləsi oldu. Beləliklə, Avropa İttifaqı yaradıldı. Bura beynəlxalq siyasətdə hökumətlərarası əməkdaşlıq və təhlükəsizlik, üzv ölkələrin ədliyyə və daxili işləri daxil idi. Həmçinin bu müqavilə ilə ümumi valyutanın yaradılması və siyasi inteqrasiyanın inkişafı ideyası da yaradıldı.

1993-cü ilin noyabrında isə ilk dəfə “Avropa İttifaqı” adı yaradıldı. Hazırda Avropa dövlətlərinin birləşməsi olan Avropa İttifaqına 27 üzv-dövlət daxildir.

Son xəbərlər
Digər xəbərlər