7 C
Baku
Sunday, January 29, 2023

Avropa İttifaqının yeraltı anbarlarında qazın həcmi 100 mlrd. kubmetri keçib

Avropa İttifaqı ölkələrində qışa hazırlıq çərçivəsində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 93%-i ötüb.

Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, hazırda qeyd olunan göstərici 93.43% təşkil edir (son sutka göstərici 0.25 faiz bəndi artıb – red.) və Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 101.1 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X