4 C
Baku
Sunday, December 4, 2022

Avropa komissarı: “Cənubi Qaz Dəhlizinin gələcək inkişafı müzakirə olunacaq”

“Cənubi Qaz Dəhlizi (SGC) Məşvərət Şurası layihənin bütün iştirakçılarını bir araya gətirərək tikintisinin monitorinqinə böyük töhfələr verib”.

Bunu açıqlamasında Avropa Komisiyasının enerji komissarı Kadri Simson bildirib.

“İndi də bu layihənin gələcək rolunu müzakirə edəcəyik” – deyə Avropa komissarı SGC məşvərət şurasının qarşıdakı 8-ci iclasına işarə vurub. Azərbaycan və Avropa İttifaqının yaratdığı şura hər ilin fevral ayında iclas keçirir.

Avropa komisarının sözlərinə görə, SGC Avropa İttifaqınnın enerji mənbələrinin şaxələndirilməsinə və təchizatın təhlükəsizliyinə töhfədir, Avropa enerji sistemini gücləndirir: “Cənubi Qaz Dəhlizi təbii qazı Avropa İttifaqına yeni mənbədən, yeni yolla çatdırır”.

SGC Məşvərət Şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi bu dəfəki iclasda da SGC layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X