14 C
Baku
Saturday, November 23, 2024

Avropa komissarı: Husilərin hücumları Aİ-də inflyasiyaya səbəb ola bilər

Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatı tərəfindən Qırmızı dənizdə gəmilərə hücumlar enerji qiymətlərinin və Avropa İttifaqında inflyasiyanın artmasına səbəb ola bilər.

Bu barədə Avropa Komissiyasının iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni bildirib.

“Qırmızı dənizdə baş verənlərin yaratdığı risklər narahatlıq doğurur. Hələlik husilərin hücumları enerji qiymətlərinə və inflyasiyaya heç bir təsir göstərmir. Buna baxmayaraq, hadisələri çox diqqətlə izləmək lazımdır, çünki nəticələr yaxın həftələrdə reallığa çevrilə bilər”, – deyə komissar qeyd edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər