Avropa Komissiyası (AK) Ukraynaya bu il üçün maliyyə yardımının son tranşını — Ukraynaya Dəstək Fondundan 2,3 milyard avro məbləğində vəsaiti köçürüb. Bu barədə AK-nın nümayəndəsi Olof Gill Brüsseldə keçirilən brifinqdə bildirib.
“Avropa Komissiyası bu gün Kiyevə 2,3 milyard avro məbləğində altıncı tranşı köçürüb”, — deyə o qeyd edib. Onun sözlərinə görə, bu maliyyə yardımı Ukrayna dövlətinin fəaliyyətinin təmin olunmasına imkan verəcək.
Gillin bildirdiyinə görə, ümumilikdə Avropa Komissiyası 2025-ci ildə Ukraynaya Dəstək Fondundan Kiyevə altı tranş üzrə cəmi 26,8 milyard avro məbləğində vəsait ayırıb.







