Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan qaz tədarükünün tam qadağan edilməsini təklif edib.
Belə bir bəyanatla enerji üzrə avrokomissar Dan Yorgensen keçirdiyi mətbuat konfransında çıxış edib.
“Bizim təklifimiz o anlama gəlir ki, 2027-ci ilin sonundan etibarən Avropa bazarında Rusiya yanacağı olmayacaq”, – deyə o vurğulayıb. – “Qısamüddətli müqavilələr 2026-cı ildən etibarən qadağan ediləcək, uzunmüddətli müqavilələr isə 2027-ci ilin sonuna qədər tamamilə dayandırılmalıdır”.
Yorgensen izah edib ki, Avropa Komissiyası Aİ ölkələrinin bu qadağadan yan keçməsinin qarşısını almaq üçün xüsusi mexanizmlər yaratmaq niyyətindədir.