25 C
Baku
Saturday, July 27, 2024

Avropa Komissiyası AB-nin daxili sərhədlərində məhdudiyyətləri mərhələli şəkildə ləğv etməyi tövsiyə edib

Avropa Komissiyası daxili sərhədlərin mərhələli və razılaşdırılmış şəkildə açılmasına dair tövsiyələrini hazırlayıb. Banker.az xəbər verir ki, bu barədə komissiyanın çərşənbə günü dərc etdiyi materialda deyilir.

“Sərbəst hərəkət və sərhədlərdən keçmə – turizm üçün əsas məqamdır. Avropa Birliyi ölkələrinin virusun yayılmasını azaltmağı bacardığını nəzərə alaraq, hərəkət azadlığına qoyulan ümumi məhdudiyyətlər hədəf tədbirlərlə əvəz edilə bilər”, – AB-nin tövsiyələrində deyilir.

Avropa Komissiyası oxşar epidemioloji vəziyyəti olan ölkələr və bölgələr arasında sərhəd keçidlərində ilk məhdudiyyətlərin qaldırılmasını təklif edir.

Avropa Komissiyası sərhədlərdə vəziyyət barədə məlumatların real vaxt rejimində yerləşdiriləcəyi xüsusi veb-sayt yaratmağı planlaşdırır.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası ittifaq ölkələrində turizm sektorunun pandemiya səbəbindən gəlirinin yarısını itirə biləcəyi barədə xəbərdarlıq etmişdir.

Qeyd edək ki, turizm sektoru AB-nin ÜDM-sinin təxminən 10%-ni əhatə edir, bu sahədə 27 milyon avropalı işləyir.

Xarici sərhədlərin açılması və üçüncü ölkə vətəndaşları üçün AB-yə girişi açmaq, məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsinin “ikinci mərhələsi” nə daxildir. Daha əvvəl Avropa Komissiyası üçüncü ölkə vətəndaşlarının “zəruri olmayan” səfərlərini iyunun 15-dək qadağan etməyi təklif etmişdir.

Son xəbərlər
Digər xəbərlər