Avropa Komissiyası “Apple” korporasiyasını “Spotify” daxil olmaqla, digər musiqi axını xidmətlərinə qarşı istifadə etdiyi dominant mövqeyindən sui-istifadə etdiyinə görə 1.8 milyard avro (1.95 milyard dollar) cərimələyib, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
Avropa Komissiyası həmçinin şirkətə musiqi axını proqramlarının “App Store”dan kənarda daha yaxşı təklifləri reklam etməsinin qarşısını almağı qadağan edib.
İsveçin “Spotify” şirkəti 2019-cu ildə “Apple”a qarşı şikayət edərək, “App Store” vasitəsilə əməliyyat haqları ilə bağlı xərcləri ödəmək üçün aylıq abunə haqqını artırmaq məcburiyyətində qaldığını bildirib.
2023-cü ilin fevralında Avropa Komissiyası “Apple”ın tələblərinin lazımsız olduğunu və yalnız istehlakçılar üçün daha yüksək qiymətlər demək olduğunu qərara alıb.
“Apple” Aİ səlahiyyətlilərinin qərarına etiraz edəcəyini deyib. Şirkət hesab edir ki, tənzimləyicilər “istehlakçıların zərər çəkdiyinə dair hər hansı etibarlı sübut təqdim edə bilməyiblər və sürətlə böyüyən bazarın reallıqlarına məhəl qoymayıblar”.
Dünən Bakı vaxtı ilə saat 23:22-də “Nasdaq”da “Apple” səhmləri 2.92% ucuzlaşaraq 174.24 dollara düşüb.