24 C
Baku
Thursday, September 29, 2022

Avropa Komissiyası Avrozona üzrə inflyasiya proqnozunu yüksəldib

Avropa Komissiyası cari il üçün Avrozona üzrə inflyasiya proqnozunu 2,2%-dən 3,5%-dək yüksəldib.

2023-cü ilin proqnozu isə 1,7%-dən 2,2%-ə qədər artırılısa da, Avropa Mərkəzi Bankının hədəfindən (2%) aşağı qalır.

Komissiyaya görə, inflyasiyanın əsas mənbələri COVID-19 pandemiyasının “Omicron” variantının yayılması, təchizat zəncirlərndəki problemlər və enerji qiymətlərinin artımıdır. Bundan əlavə, Avropa Rusiyadan idxal olunan təbii qazdan çox asılıdır və qazın bir hissəsi Ukraynadan boru kəmərləri ilə gəlir. Rusiya və Ukrayna arasında gərginliyin hər hansı bir yüksəlişi qaz axınlarına təsir göstərə və inflyasiyanın daha da sürətlənməsinə səbəb ola bilər.

Qeyd edək ki, ötən il Avrozonada illik inflyasiya 2,6% təşkil edib. Avropa Mərkəzi Bankı özünün yeni inflyasiya proqnozlarını və monetar siyayəsitinin istiqamətini mart ayında açıqlayacaq.

 

 

Son xəbərlər
Oxşar xəbərlər