25 C
Baku
Saturday, July 27, 2024

Avropa Komissiyası Avrozonada ÜDM-nin 7,5% azalacağını proqnozlaşdırdı

Yeni koronavirus pandemiyası ilə mübarizə səbəbindən Avrozonanın ÜDM-si 7,5% azala bilər və bu, Beynəlxalq Valyuta Fondunun (BVF) daha əvvəl proqnozlaşdırdığı rəqəmlərə yaxın olan göstəricidir, – deyə iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni söyləyir.

“Bu il Avropada dərin tənəzzülün qaçılmaz olduğunu aydın görürük. Biz 7 may tarixi üçün yaz proqnozumuzu təqdim edəcəyik. Bizim rəqəmlərimiz BVF-nun son hesablamalarına oxşar olacaq”, – komissar bildirir.

Banker.az xəbər verir ki, 19 dövlətdən ibarət olan Avrozona Aİ-nın iqtisadi nüvəsidir. Valyuta blokunun bütün ölkələri Avropa İttifaqına daxildir, ümumilikdə təşkilatda 27 ölkə var.

Xatırladaq ki, ayın ortalarında BVF Avrozonada ÜDM-nin 7,5% azalacağını proqnozlaşdırmışdı. Tənzimləyicinin qiymətləndirmələrinə görə, valyuta ittifaqı ölkələrinin iqtisadiyyatı 4,7% artacaq və bu, yanvar proqnozundan 3,3 faiz punktu çoxdur.

Son xəbərlər
Digər xəbərlər