9 C
Baku
Friday, December 13, 2024

Avropa Komissiyası bu ölkələrin Şengenə qoşulmağa hazır olduğunu elan edib

Avropa Komissiyası Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu bəyan edib və Avropa İttifaqı Şurasına bu qərarı tezliklə təsdiq etməyi tövsiyə edib.

Avropa komissarı İlva Yohansson Brüsseldə keçirdiyi mətbuat konfransında deyib ki, ölkələri Şengenə qəbul etməyin vaxtı çatıb.

O vurğuyıb ki, Aİ-yə daxil olduqdan sonrakı illərdə (Bolqarıstan və Rumıniya 2007-ci ildə, Xorvatiya 2013-cü ildə qoşulublar) ölkələr Avropanın vizasız zonasına daxil olmaq üçün bütün şərtləri yerinə yetiriblər.

Avropa Komissiyası həmçinin qeyd edib ki, bu ölkələrin fəaliyyətləri Şengen zonasının təhlükəsizliyinin gücləndirilməsinə, xüsusən də COVID-19 pandemiyası zamanı töhfə verib.

Avropa İttifaqı Şurası dekabrda Avropa Komissiyasının təklifinə baxmalıdır. 2015-ci ildən başlayan miqrant böhranlar səbəbindən bu dövlətlərin Şengen zonasına qəbulu ilə bağlı Avropa Komissiyasının təkliflərinin Aİ Şurasında təsdiqlənməsi gecikdirilə bilər.

Niderland Bolqarıstan və Rumıniyanın Şengenə daxil olmasının fəal əleyhdarı olaraq qalır və hesab edir ki, bu ölkələrdə korrupsiya və mütəşəkkil cinayətkarlığın səviyyəsi onların Şengen zonasına daxil olmasına imkan vermir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər