Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ — Çin sammiti öncəsi Çinə üç tələb irəli sürüb. Bunlardan biri də ölkənin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmaqdır. Departamentin saytı xəbər verir ki, bu barədə onun özü Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında danışıb.
Fon der Leyenin sözlərinə görə, “Çinin Rusiyaya qeyri-məhdud dəstəyi qeyri-sabitlik yaradır və Avropada təhlükəsizliyi pozur”.
O, həmçinin ÇXR rəhbərliyindən öz bazarını Avropa istehsalçılarının mal və xidmətləri üçün açmağı tələb edib. Digər tələb isə Çin sənayesinə dövlət dəstəyinin məhdudlaşdırılması olub. Bu tələblərdən əlavə, fon der Leyen Çini nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətləri azaltmağa da çağırıb. Qeyd edək ki, Avropa İttifaqından Çinə münasibətdə hər hansı qarşılıqlı güzəşt səsləndirilməyib.