13 C
Baku
Saturday, November 23, 2024

Avropa Komissiyası ilk dəfə Aİ-nin İqtisadi Təhlükəsizlik Strategiyasını təqdim edib

Avropa Komissiyası (AK) tarixdə ilk dəfə Avropa İttifaqının (Aİ) İqtisadi Təhlükəsizlik Strategiyasını təqdim edib.

Bu strategiyaya dair sənədlər paketi AK-nin saytında dərc olunub.

Məlumata görə, strategiya Brüsselin səlahiyyətlərini genişləndirəcək, Qərbə dost olmayan ölkələrlə ticarət və texnologiya mübadiləsini məhdudlaşdıracaq.

Brüsseldə keçirilən mətbuat konfransında bu layihəni AK rəhbəri Ursula fon der Lyayen, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell, AK rəhbərinin müavinləri Valdis Dombrovskis və Marqrete Vestaqer təqdim ediblər.

Bu strategiyanın qüvvəyə minməsi üçün indi onun Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməsi lazımdır.

AK-dan vurğulayıblar ki, bu strategiyanın hazırlanmasına səbəb pandemiya, Rusiyanın Ukraynadakı müharibəsi, düşməncəsinə iqtisadi addımlar, kiberhücumlar və seçkilərə müdaxilə, habelə dünya arenasında gərginliyin artması və bunun Avropa icmaları, şirkətləri və vətəndaşları üçün bir neçə ildir mövcud olmayan risklər və həssaslıqlar yaratmasıdır.

Son xəbərlər
Digər xəbərlər