Avropa İttifaqının ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən enerji xərcləri münaqişənin əvvəlindən etibarən 24 milyard avro təşkil edib. Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen məlumat verib.
“Əlavə enerji xərcləri münaqişənin başlanmasından bəri 24 milyard avro təşkil edib. Bu, gündə təxminən 500 milyon avro deməkdir və bunu Aİ-nin bütün ölkələri, sənayesi və sakinləri hiss edir”, — deyə o bildirib.







