Avropa Komissiyası İsveçrəyə maliyyə bazarına çıxış imkanlarının itirməsi riski barədə xəbərdarlıq edib

0

Aİ-nın səlahiyyətliləri, İsveçrə ilə ölkənin birja standartlarının “ekvivalentliyi” nə dair müqavilənin müddətini uzatmağa hazır olmadıqlarını bildiriblər.

Banker.az xəbər verir ki, 18 iyun tarixində Avropa Komissiyasının iclası keçirilib, danışıqlar prosesində komissiya nümayəndələri İsveçrə hökuməti ilə “inkişafın olmaması” nı qeyd ediblər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Xatırladaq ki, mövcud müqavilənin müddəti 30 iyun tarixində başa çatır. Müqavilənin müddəti uzadılmasa, İsveçrə birjaları Avropa İttifaqının maliyyə bazarına çıxışı itirəcəklər. Hazırkı vəziyyət Böyük Britaniyanın ittifaqdan çıxdığı təqdirdə üzləşəcəyi problemləri əks etdirir.

Avropa İttifaqı İsveçrəni yeni müqavilə bağlamağa sövq edirlər, hansıki ölkənin təkcə birjalarına deyil, eyni zamanda iqtisadiyyatın digər sahələrini əhatə edəcək. İyun ayının əvvəlində İsveçrənin Federal Şurası yeni müqavilənin detallarına dair “izahat tələb edəcəyini” qeyd edib.