36 C
Baku
Wednesday, August 17, 2022

Avropa Komissiyası Kalininqrada malların tranziti ilə bağlı prinsipləri açıqlayacaq

Bizim sıx əməkdaşlıq etdiyimiz Avropa Komissiyası bir neçə gün sonra bu mallarla necə davranılacağı ilə bağlı rəhbər prinsipləri elan edəcək.

Bu barədə Litva Prezidenti Gitanas Nauseda Vilnüsdə yerli informasiya agentliyinə verdiyi müsahibəsində bildirib.

Danışıqların mümkün nəticələri ilə bağlı hər hansı bir şərh verməyən siyasətçi onu da qeyd edib ki, Litva “xüsusi mallar üçün yaşıl dəhliz”inin əleyhinədir.

Almaniyanın N-tv kanalı isə öz mənbələrinə istinad edərək məlumat yayıb ki, bu məsələ ilə bağlı iyulun 10-dək kompromis əldə oluna bilər. Telekanalın məlumatına görə, Almaniyanın dəstəyi ilə Litva ilə Avropa Komissiyası arasında müvafiq danışıqlar aparılır. Kanalın mənbələrindən birinə görə, kompromis tərəfdarları Avropa İttifaqı ərazisində hərbi eskalasiyadan ehtiyatlanırlar. Məsələnin iki mümkün həlli variantı nəzərdən keçirilir: ya Rusiya ilə Kalininqrad arasındakı yükdaşımalar Aİ sanksiyalarından azad olunacaq və ya Kalininqrad üçün humanitar prinsiplər əsasında istisna ediləcək.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər