15 C
Baku
Saturday, April 20, 2024

Avropa Komissiyası kartel sövdələşməsinə görə 5 bankı cərimə edib

Avropa Komissiyası, valyuta bazarında kartel sövdələşməsinə görə “Barclays”, “RBS”, “Citigroup”, “JPMorgan” və “MUFG” banklarını cərimə edib. Cərimənin məbləği 1,07 milyard avro təşkil edir.

Banker.az xəbər verir ki, qeyd edildiyi kimi, Avropa Komissiyası iki qərar çıxarıb: birinci qərara görə “Barclays”, “The Royal Bank of Scotland” (RBS), “Citigroup” və “JPMorgan” bankları 811 milyon avroluq cərimə, ikinci qərara görə isə “Barclays”, “RBS” və “MUFG Bank” 257,68 milyon avro cərimə ödəməli olacaqlar.

Avropa Komissiyası qeyd edir ki, bu banklar 11 valyuta ilə işləmək üçün spot valyuta bazarında iki kartel yaradıblar – avro, funt sterlinq, yapon yuanı, frank, Kanada, Yeni Zelandiya, Avstraliya və ABŞ dolları, Danimarka, İsveç və Norveç kronası.

Agentliyin istintaqı göstərir ki, yuxarıda qeyd edilən banklar spot valyuta bazarında gizli məlumat və ticarət planları mübadiləsini aparıblar. 

“Şirkətlər və insanlar banklardan asılıdırlar, çünki xarici ölkələrdə bir sıra pul dəyişmə əməliyyatlarını yerinə yetirməli olurlar. Spot valyuta əməliyyatları – dünyanın ən böyük bazarlarından biridir, onun həcmi gündə milyardlarla avro təşkil edir. Bu gün biz “Barclays”, “RBS”, “Citigroup”, “JPMorgan” və “MUFG” banklarını cərimə etdik. Komissiya maliyyə bazarının hər hansı bir sektorunda sövdələşməyə yol verməyəcək. Bu bankların davranışı Avropa iqtisadiyyatının və istehlakçıların zərərinə sektorun bütövlüyünü pozdu”, – deyə Avropa komissarı Margaret Vestager bildirib.

Son xəbərlər
Digər xəbərlər