Avropa Komissiyası koronavirus səbəbindən 2020-ci qlobal tənəzzül proqnozunu 3,8%-ə endirib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Verilən məlumata görə, həmçinin 2021-ci ildə onun bərpası gözləntiləri 4,7%-ə endirilib. Bu barədə Avropa Komissiyasının cümə axşamı günü yayımlanan payız proqnozunda deyilir.
Xatırladaq ki, yaz proqnozunda Avropa Komissiyası 2020-ci ildə 2,9% azalma, 2021-ci ildə isə 5% artım olacağını proqnozlaşdırmışdır.