Avropa İttifaqının koronavirus pandemiyası ilə mübarizə üçün həyata keçirdiyi karantin tədbirləri təxminən 3 trilyon avroya başa gəlib.
Banker.az xəbər verir ki, “İqtisadi böhranla mübarizə tədbirləri bizə təxminən 3 trilyon avroya başa gəlib”, – deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen bildirir.
“Avropa İttifaqı koronavirus pandemiyası ilə əlaqədar “çox uzun iqtisadi çətinliklər siyahısı” na sahibdir”, – Ursula fon der Layen vurğulayır.
Onun sözlərinə görə, karantin tədbirləri mərhələli şəkildə aradan qaldırlmalıdır.