6 C
Baku
Saturday, December 14, 2024

Avropa Komissiyası Macarıstana ayrılan 7.5 milyard avroluq maliyyə vəsaitini dondura bilər

Avropa Komissiyası (AK) Macarıstana Aİ büdcəsindən 7.5 milyard avroya qədər vəsaitin ayrılmasını dondurmaq qərarına gəlib.

Avropa komissarı Yohannes Han bildirib ki, qərar Aİ Şurası tərəfindən qəbul ediləcək.  Onun sözlərinə görə, belə bir addım Aİ büdcəsinin və maliyyə maraqlarının Macarıstanda qanunun aliliyinin pozulmasından qorunması üçün nəzərdə tutulub.

Avropa Komissiyası birləşmə siyasəti çərçivəsində üç əməliyyat proqramı üzrə öhdəliklərin 65 faizinin dayandırılmasını təklif edib. Şuranın səs çoxluğu ilə qərar qəbul etmək üçün bir ay vaxtı var. İstisna hallarda müddət iki ay uzadıla bilər.

Qeyd edək ki, sentyabrın 16-da Avropa Parlamenti Macarıstanın artıq demokratik ölkə sayıla bilməyəcəyini bəyan edib və Avropa Komissiyasını təcili tədbirlər görməyə çağırıb. Avropa Parlamentinin deputatları Macarıstanın avtoritarizmə doğru yuvarlanmasını pisləyib və Baş nazir Viktor Orbanın dövlətini “seçki avtokratiyası” adlandırıblar.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər