20 C
Baku
Friday, September 20, 2024

Avropa Komissiyası Mastercard-a qarışı 570 mln. avroluq cərimə tətbiq edib

İstintaqla əməkdaşlıq sayəsində şirkət cərimənin həcmini 10% azalda bilib.

Avropa Komissiyası Mastercard ödəmə sistemini 570,6 milyon avro ($ 648,3 milyon) məbləğində cərimə edib. Bunun səbəbi kimi sistemin AB-nin nağdsız ödənişlər bazarında hakim mövqelərdən sui-istifadə etməsini göstərilir. Banker.az xəbər verir ki, bu haqda tənzimləyicinin şərhinə istinadən Bloomberg xəbər verir.

Mastercard, Avropa pərakəndə satıcılarının digər AB ölkələrində təklif etdiyi daha sərfəli ödəmə xidmətlərindən istifadə imkanlarını məhdudlaşdırır.

Belə ki, ödəmə sistemi komissiyalar əlavə edərək, kart vasitəsilə ödənişlərinin dəyərini süni şəkildə artırmış olub.

Mastercard ilə əlaqədar araşdırma 2013-ci ildə başlamışdır. Şirkət, Avropa Komissiyasının nəzərdə tutduğu təcrübənin iki ildən az müddətdə mövcud olduğunu və artıq tətbiq olunmadığını bildirib.

Son xəbərlər
Digər xəbərlər