10 C
Baku
Thursday, December 12, 2024

Avropa Komissiyası ölkədəki quraqlıq səbəbiylə Fransaya  €1 mlrd. ödəyəcək

Avropa Komissiyası ölkədəki quraqlıq səbəbiylə Fransaya 1 milyard avro ödəyəcək.

Banker.az xəbər verir ki, bu haqda Fransanın kənd təsərrüfatı naziri Didier Guillaume məlumat verib.

Fransa ümumi kənd təsərrüfatı siyasəti proqramının maliyyələşdirilməsi çərçivəsində subsidiya almaq hüququna malikdir.

“Fransadakı quraqlıq səbəbiylə Avropa Komissiyasından 1 milyard avro məbləğində kənd təsərrüfatı subsidiyalarının vaxtından əvvəl ödənilməsi üçün razılıq aldıq. Ödənişlər 16 oktyabrda ediləcək”, – nazir bildirib.

Brüssel həmçinin ölkənin 70 departamentində buxar altında olan torpaqlarda ot biçməsinə icazə verib. Bu qərar, yazdan bəri ölkədə davam edən quraqlıq səbəbindən mal-qara üçün yem tədarükünün kəskin azalması ilə əlaqədar olmuşdur.  

Nazir “Fransada iqlim istiləşməsi baş verdiyini və gələcəkdə bunun şiddətlənəcəyini” vurğulayıb.

“Keçən ilin quraqlığından sonra mövcud olan quraqlıq həqiqətən təhlükəli bir vəziyyət yaradır. Xüsusilə də mal-qara fermaları çətin vəziyyətdədir”, – Guillaume əlavə edir.

Nazirin verdiyi məlumata görə. davam edən çətinliklər səbəbiylə bəzi fermerlər bütün mal-qaranı kəsmək niyyətində olduqlarını və əkinçilik fəaliyyətinə keçərək artıq heyvandarlıqla məşğul olmayacaqlarını söyləyirlər.

Qeyd edək ki, ötən ildə quraqlı ilə əlaqədar olaraq dövlət fermerlərə itkilərini kompensasiya etmək üçün 200 milyon avro dəyərində maddi yardım göstərib.

“Görünür, bu il quraqlıq daha şiddətlidir və ödənişlər böyük olacaq”.

 

Son xəbərlər
Digər xəbərlər