Avropa Komissiyası (AK) səfərdən ən azı iki həftə əvvəl COVID-19-a peyvənd olunmuş turistlərin Avropa Birliyinə girişinə icazə verilməsini təklif edib.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında bildirilir.
Qeyd edək ki, hal-hazırda Avropa Biliyində “AstraZeneca”, “Pfizer/BioNTech”, “Moderna” və “Johnson & Johnson” peyvəndləri qeydiyyata alınıb. Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndinin ekspertizası hələ başa çatmayıb.