Avropa Komissiyası qaz qiymətlərinin Avropa İttifaqı bazarında elektrik enerjisinin qiymətinə dominant təsir göstərməməsini təmin etməyi zəruri hesab edir.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bildirib.
“Biz elektrik enerjisi bazarında islahatlar aparmağa hazırlaşırıq. Hazırda elektrik enerjisi bazarında qiymətlərdə qaz üstünlük təşkil edir. Bu vəziyyət çoxdandır belədir” – deyə, Ursula von der Leyen hazırda qaza olan qiymətlərin də çox yüksək olduğunu qeyd edib.
Von der Leyen həmçinin bildirib ki, Avropa İttifaqında elektrik enerjisi bazarında mövcud vəziyyətə daha sürətli cavab üzərində də iş aparılır.