28 C
Baku
Tuesday, July 23, 2024

Avropa Komissiyası qlobal fəlakətə hazırlıqlara başlayıb

Avropa Komissiyası yaxınlaşan qlobal fəlakətə hazırlaşmaq üçün müəssisələri yeni yollar və enerji qurğuları ilə məşğul olmağa məcbur edən qaydalar hazırlayıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd olunur ki, dəyişən iqlim şəraitində yalnız təhlükəsizlik tələblərinə cavab verən obyektlər əlavə maliyyə dəstəyinə layiq görüləcək.

Yeni tələblərə əsasən, avtomobil və dəmir yolu inşaatçıları daşqın və quraqlıq zamanı onların etibarlığını təmin etməlidirlər. Bununla yanaşı, mütəxəssislər iqlim dəyişikliyinin təsiri ilə mübarizə aparmaq üçün hansı tələblərə riayət edilməli və hansı avadanlıqlardan istifadə edilməli olduğunu müəyyənləşdiriblər.

Avropa Komissiyasının rəhbərliyi inşaatçılara tikinti zamanı mümkün riskləri nəzərə almağı və iqlim dəyişikliyinə qarşı həssaslıqlar aşkar edildikdə layihələri tənzimləməyi tapşırıb. Eyni zamanda şirkətlər 2050-ci ilə qədər sıfır çirklənməyə nail olmaq üçün istixana qazı tullantılarının həcmini hesablamalı olacaqlar.

Son xəbərlər
Digər xəbərlər