2 C
Baku
Sunday, December 15, 2024

Avropa Komissiyası Qrenlandiyanın satılmasından imtina edən Danimarkanı dəstəkləyib

Avropa Komissiyası Qrenlandiyanın satılması ideyasının müzakirəsindən imtina edən Danimarka hökumətini dəstəkləyib.

Report agentliyi RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto jurnalistlərə bildirib.

“Qrenlandiya məsələsində Avropa Komissiyası Danimarkanın baş naziri və Qrenlandiya hökuməti tərəfindən bildirilən mövqeyi tam dəstəkləyir”, – deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı almaq istədiyini rəsmi şəkildə bəyan edib. Qeyd olunur ki, ABŞ Qrenlandiyanı 10 trilyon dollar məbləğində qiymətləndirib.

Danimarkanın baş naziri Mette Frederiksen Birləşmiş Ştatların Qrenlandiyanı almaq ideyasını müzakirə etmək istəmədiyini açıq şəkildə bildirəndən sonra isə D.Tramp Danimarkaya səfərini təxirə salıb.

Son xəbərlər
Digər xəbərlər