22 C
Baku
Thursday, October 3, 2024

Avropa Komissiyası: Rusiya almaz embarqosundan ildə 4 milyard avro itirir

Avropa Komissiyası (AK) Rusiyanın 12-ci sanksiyalar paketi çərçivəsində almaz idxalına qoyulan qadağadan itkilərini ildə 4 milyard avro qiymətləndirir.

Bu barədə AK-nın bəyanatında deyilir.

 

“Təklif olunan sanksiyalar Rusiyanı ildə 4 milyard avro dəyərində təxmin edilən bu mühüm gəlir axınından məhrum etmək məqsədi daşıyan G7-nin almaz hasilatına dair beynəlxalq səviyyədə razılaşdırılmış qadağasının bir hissəsidir”, – deyə qeyd edir.

Sənəddə vurğulanır ki, G7-nin bütün üzvləri 2024-cü il yanvarın 1-dən gec olmayaraq Rusiyadan almazların ixracına birbaşa qadağa tətbiq edəcəklər.

2024-cü il martın 1-dən üçüncü ölkədə emal olunmuş Rusiya almazlarının ixracına qadağa qüvvəyə minəcək, 2024-cü il sentyabrın 1-dən isə laboratoriyada yetişdirilmiş brilyant, zinət əşyaları və tərkibində almaz olan saatlar daxil edilməklə genişləndiriləcək” – Avropa Komissiyası bildirib.

Son xəbərlər
Digər xəbərlər