Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı qadağan edilir.
Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.
Diplomat bildirib ki, bu qadağa Rusiyaya qarşı 9-cu sanksiyalar paketində yer alır. Qadağa siyahısına Rusiyanın hərbi sənaye kompleksinin ehtiyacı olan elektronika avadanlığı da daxil edilib.
Avropa liderləri yeni sanksiyalar paketini gələn həftə Brüsseldə müzakirə edəcək.