19 C
Baku
Tuesday, May 6, 2025

Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiya paketini mayın 6-da təqdim edə bilər

“Politico” mənbələrə istinadən xəbər verir ki, Avropa Komissiyası Rusiyaya qarşı yeni, 17-ci sanksiyalar paketini mayın 6-da təqdim edə bilər. Bildirilir ki, sanksiya siyahısına yeni fiziki və hüquqi şəxslər də əlavə olunacaq, nəşr qeyd edir.

Aprelin 16-da “Reuters” agentliyi Avropa İttifaqındakı mənbəyə istinadən xəbər verib ki, Aİ yeni sanksiyalar paketi çərçivəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa qoymağa çalışmayacaq. Əvəzində Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyanın enerji təchizatını mərhələli şəkildə dayandırmaq üçün yol xəritəsi təqdim edəcək.

“The Wall Street Journal” yazıb ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi Ukraynada münaqişənin həlli üzrə sülh danışıqlarının pozulacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi variantlarını hazırlayır.

Son xəbərlər
Digər xəbərlər