9 C
Baku
Wednesday, December 11, 2024

Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini müzakirə edəcək

Avropa Komissiyası bu həftə Avropa İttifaqı ölkələri ilə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi üzrə danışıqlara başlamağa hazırdır, bu barədə “Politico” məlumat yayıb.

Qəzet qeyd edir ki, müzakirələrin başlaması üçün Rusiyadan qazın qiymətinə məhdudiyyətləri yeni sanksiyalarla əlaqələndirməyi xahiş edən Polşaya güzəştə getmək lazım olacaq.

Aİ-nin səkkizinci sanksiyalar paketi çərçivəsində dekabrın 5-dən etibarən Rusiya neftinin qiymətinə məhdudiyyətlər qüvvəyə minməlidir. Bu mexanizm Rusiya yanacağını müəyyən edilmiş qiymətdən yüksək qiymətə daşıyan tankerlərin sahiblərinə sığorta da daxil olmaqla xidmətlərin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur.

Aİ ölkələri Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılığa gələ bilmir. AK limitin bir barel üçün 65-70 dollar müəyyən edilməsini təklif edir. Polşa isə daha aşağı həddə israr edir – 30 dollar. Ölkə nümayəndələri israr edirlər ki, AK-də təklif olunan tavan neft hasilatının maya dəyərindən qat-qat yüksəkdir və bu, bir barel üçün təxminən 20 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər