20 C
Baku
Tuesday, May 28, 2024

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Avropa Komissiyası (AK) şənbə günü Avropa İttifaqına üzv ölkələrlə Rusiya Federasiyasına qarşı təklif olunan 13-cü sanksiyalar paketinin təfərrüatlarını müzakirə etməyə başlayacaq. Bu barədə diplomatik mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Onların fikrincə, qeyri-rəsmi görüşlər Rusiyaya qarşı yeni tədbirlər paketini Avropa Şurasında müzakirəyə çıxarmazdan əvvəl görüş vacibdir.

Təklifdə Rusiyanın sanksiyalardan yayınması ilə mübarizə tədbirlərinin, fiziki və hüquqi şəxslərin sanksiya siyahılarının genişləndirilməsi nəzərdə tutulur.

Agentliyin mənbələrindən biri əlavə edib ki, idxalın məhdudlaşdırılması kimi yeni sektor tədbirləri mümkündür. Polşa və Baltikyanı ölkələr Rusiya alüminiumunun və mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoymağa çağırır.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər