24 C
Baku
Monday, April 29, 2024

Avropa Komissiyası təbii qazın alınması ilə bağlı tədbirlər paketi üzərində işi yekunlaşdırır

Avropa Komissiyası (AK) birgə təbii qaz satınalması təşəbbüsünü yenidən işə salmaq üçün tədbirlər paketi üzərində işi yekunlaşdırmaq üzrədir.

Bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Bildirilir ki, təklif könüllü olacaq, lakin AK ölkələrin anbar tutumlarının 15%-nin mərkəzləşdirilmiş şəkildə alınmış qazla doldurulması şəklində minimum iştiraka zəmanət verir. Dövlət və hökumət başçılarının bu həftənin sonunda keçiriləcək sammitdə enerji böhranı ilə mübarizə üçün yeni tədbirləri təsdiqləyəcəkləri gözlənilir.

Rəsmi Brüssel hesab edir edir ki, Aİ-yə üzv dövlətlər də tədarükçülər uğrunda bir-biri ilə rəqabət aparmaqla təbii qazın qiymətinin artmasında iştirak edib. AK birgə satınalma ilə bağlı təchizatçılarla danışıqları Avropa İttifaqının (Aİ) aparmasını təklif edir. Məlumata görə, Brüssel Almaniyanı da bu təşəbbüsə cəlb edib.

Nəşr yazır ki, Rusiya Ukraynada hərbi əməliyyatları başladıqdan sonra Aİ bu ölkənin qazının istehlakını əhəmiyyətli dərəcədə azaltmağa nail olub. Bundan əlavə, Aİ-nin qaz anbarlarının doluluq səviyyəsi 91%-i ötür. Bununla belə, qaz və elektrik enerjisinin qiymətləri son dərəcə yüksək və dəyişkəndir. Aİ birgə yanacaq satınalmasını təşviq etmək və bazar qiymətlərini nəzarət altında saxlamaq üçün vahid bazardan istifadə edə bilər.

Ölkələrin çoxu qaz qiymətlərinə bu və ya digər həddin tətbiq olunmasını dəstəkləyir. Lakin bunun necə ediləcəyi ilə bağlı Aİ dövlətləri arasında fikir ayrılığı mövcuddur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər