6 C
Baku
Thursday, December 5, 2024

Avropa Komissiyası “Temu”nu məhkəməyə verir

Avropa Komissiyası (AK) Çinin “Temu” internet mağazasına qarşı “qanunsuz məhsul satdığı”na görə rəsmi araşdırmalara başlayıb.

Bu barədə AK-nin saytında məlumat verilib.

“AK Çinin Temu bazarına qarşı məhkəmə işi açıb”, – məlumatda qeyd olunub.

Açıqlamada deyilir ki, “Temu” platforması qeyri-qanuni məhsulların satışı ilə bağlı sahələrdə Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozmuş ola bilər. Söhbət istifadəçilərə satınalma tövsiyə etmək üçün istifadə edilən bazar alqoritmlərindən və şirkətin müştəri məlumatlarına çıxışından gedir.

Oktyabrın 11-də Avropa Komissiyası “Temu” bazarı ilə bağlı araşdırmaya başlayıb. AK onlayn bazarda qanunsuz məhsul təklif edən satıcıların olması və təkrar peyda olması ilə bağlı görülən tədbirlər barədə ətraflı məlumat və daxili sənədlər tələb edib.

Son xəbərlər
Digər xəbərlər