Avropa Komissiyası Ukrayna üçün əlavə 5 milyard avro yardım təklif edib.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter”də bildirib.
O deyib ki, Ukraynadakı vəziyyət Aİ-nin dəstəyini tələb edir.
“Bu gün Aİ Komissiyası ölkəyə əlavə 5 milyard avroluq makromaliyyə yardımı təklif edir”, – Ursula von der Leyen qeyd edib.
O qeyd edib ki, bu, indiyə qədər 10 milyard avro dəyərində humanitar, maliyyə və hərbi yardımdan əlavədir.