“Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğusuna bu il iyunun sonunda cavab verəcək”.
Banker.az xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts bildirib.
O, Aİ-yə üzv qəbul olunmağın bir neçə ayın və ya ilin işi olmadığını deyən Fransa Prezidenti Emmanuel Makrondan sitat gətirib, lakin bu prosesdə Ukraynaya dəstək göstəriləcəyini söyləyib.