Avropa Komissiyası Ukraynaya 2.5 milyard avro ayırıb.
Bunu komissiyanın Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.
O bildirib ki, 2023-cü il nəzərdə tutulmuş 18 milyard avro yardım müntəzəm olaraq hissə-hissə ayırılır: “Bu, uğurlu yenidənqurmaya aparan təcili təmir və sürətli bərpa üçündür”.
Avropa Komissiyasının rəhbəri bildirib ki, bu qurum Ukraynaya dəstəyi davam etdirəcək.