9 C
Baku
Thursday, December 12, 2024

Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başlayıb

Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başladığını elan edib.

Araşdırma ötən il Avropa İttifaqında qəbul edilmiş Rəqəmsal Xidmətlər Aktı çərçivəsində aparılır.

Bura “X”in qeyri-qanuni məzmunun silinməsi tələblərini pozub-pozmadığı, həmçinin şirkətin platformada manipulyasiya və dezinformasiya ilə mübarizədə kifayət qədər iş görüb-görmədiyi daxildir.

KİV-in məlumatına görə, araşdırma oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra aktuallıq qazanıb. Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib ki, sosial şəbəkə Yaxın Şərqdəki böhran şəraitində qeyri-qanuni məzmun və yalan məlumat yaymaq üçün istifadə olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər