Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, tənzimləyici yeni ölkələri Avropa İttifaqına qəbul etmək üçün hazırlıqlara başlayıb. Onun sözlərinə görə, Avropa İttifaqının genişlənməsindən sonra Avropanın təsisatlarının, büdcəsinin və təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinə qərar vermək üçün AK artıq lazımi islahatları hazırlamağa başlayıb.
Ukrayna, Moldova və Bosniya və Herseqovina 2022-ci ildə Avropa İttifaqına üzv olmaq üçün namizəd olublar. Gürcüstan keçən il namizəd statusu ala bilməyib. Ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib ki, 2023-cü ilin sonuna qədər ölkəyə status verilməsə, bu, strateji səhv olacaq.
Qeyd edək ki, namizəd statusu Türkiyə (1999-cu ildən danışıqlar dondurulub), Monteneqro (2010-cu ildən), Serbiya (2012-ci ildən), Albaniya (2014-cü ildən) və Şimali Makedoniyaya (2005-ci ildən) da verilib.