11 C
Baku
Sunday, November 17, 2024

Avropa Komissiyasının Prezidenti qlobal qiymət artımının səbəbini açıqlayıb

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen qlobal qiymət artımının Ukraynadakı münaqişənin nəticəsi olduğunu, bunun bütün dünya üçün xəbərdarlıq olduğunu deyib.

İsveçrədə dünən baş tutan Ukrayna sammitində məsələyə münasibət bildirən diplomat dünyadakı enerji və ərzaq qiymətlərinin qlobal artımının Ukraynadakı münaqişənin əsəri olduğunu deyib.

“Enerji qiymətləri artıb. Ərzaq qiymətləri qalxıb və bu, bütün dünya üçün xəbərdarlıqdır” – deyən siyasətçi beləcə Ukraynadakı münaqişənin nəticələrinin bütün dünyanı bürüdüyünü bildirib.

Son xəbərlər
Digər xəbərlər