Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynaya səfər edib.
Bu barədə o, “Twitter”də bildirib.
Rusiyanın Ukraynada müharibəyə başladığı vaxtdan bəri artıq Kiyevə üçüncü dəfə səfər etdiyini xatırladan Avropa Komissiyasının Prezidenti artıq çox şeyin dəyişdiyini, Ukraynanın üzvlüyə namizəd ölkə olduğunu qeyd edib.
O bildirib ki, Prezident Zelenski və Baş nazir Şmıqal ilə iqtisadi əməkdaşlığı və xalqların yaxınlaşmasını müzakirə edəcək.