Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreli və Slovakiyanın Baş naziri Eduard Xeqer Ukraynada səfərdədir.
TASS xəbər verir ki, onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
“Biz Urusla fon der Lyayenlə artıq Ukraynadayıq. Prezident Volodimir Zelenski və hökumət başçısı Denis Şmıqalla görüşdə Ukraynaya yardımla bağlı konkret təkliflər təqdim edəcəyəm”, – E.Xeqer bildirib.
10:03
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Kiyevə səfəri başlayıb.
Bu barədə Aİ-nin diplomatı tviter səhifəsində yazıb.
O, artıq yolda olduqlarını bildirib.