9 C
Baku
Thursday, December 12, 2024

Avropa Komissiyasının sədri bu gün Ukraynaya səfər edəcək

Bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya səfər edəcək.

Bunu o, tvitter səhifəsində yazıb.

“Biz Ukraynaya potensialını maksimum dərəcədə istifadə etməsinə imkan verəcəyik. Həmrəylik qruplarının uğuruna əsaslanaraq, biz vahid bazara maneəsiz çıxışı təmin edəcəyik. Bura Ukraynanın Avropanın azad rouminq zonasına daxil edilməsi də daxildir. Bu gün mən bütün bunları Prezident Volodimir Zelenski ilə müzakirə etmək üçün Kiyevə gedirəm”, – Ursula fon der Lyayen bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevdə səfərdə olub.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər