Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti başlayıb.
Toplantıda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.
İclasda Rusiya-Ukrayna müharibəsi, həmçinin Kiyevə yardımların artırılması məsələləri müzakirə olunur.
Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bunu tarixi gün adlandırıb.
V.Zelenski sammit çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşüb.