26 C
Baku
Saturday, July 27, 2024

Avropa Liqası: “Qarabağ” 1/8 finala yüksəldiyi üçün 1.2 milyon avro qazanıb

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdıran “Qarabağ”ın qazandığı mükafatın məbləği bəlli olub.

1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1.2 milyon avro alacaq.

Qeyd edək ki, “köhlən atlar” Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Burada “Braqa”dan güclü olan (2:1) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər